Türkiyədə Xocalı soyqırımını əks etdirən videoçarxlar fevralın sonunadək nümayiş olunacaq

Türkiyədə Xocalı soyqırımını əks etdirən videoçarxlar fevralın sonunadək nümayiş olunacaq
# 27 fevral 2020 03:12 (UTC +04:00)

Türkiyənin Ankara, Kırıkkale, Bursa və Kastamonu şəhərlərinin mərkəzlərində yerləşən elektron reklam lövhələrində Xocalı soyqırımının dəhşətləri əks olunan videoçarxlar nümayiş etdirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu layihə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı və Böyükşəhər bələdiyyələrinin icrası ilə həyata keçirilir.

Fevralın sonundək davam edən videoçarx bu şəhərlərin 50-dən çox reklam lövhələrində görünür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR