Ukraynalı deputatlar Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması cəhdlərini pisləyiblər

Ukraynalı deputatlar Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması cəhdlərini pisləyiblər
# 13 oktyabr 2020 16:50 (UTC +04:00)

Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko Milli Məclisiə Gəncə şəhərində baş verən hadisələrdən və atəşkəs rejiminin pozulmasından dərindən narahatlıq ifadə edən məktub ünvanlayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, məktubda ukraynalı deputatlar mülki əhalinin hərbi əməliyyatların tərəfi olmadığını vurğulayaraq, Ermənistan tərəfindən beynəlxalq hüquqları pozma cəhdlərini qətiyyətlə pisləyiblər.

Ukraynalı parlamentarilər mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək münaqişənin daha da genişlənməsinin qəbuledilməz olduğunu və Ukraynanın əvvəlki kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək qarşıdurmanın sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu qeyd ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR