Müsavat parlament rəhbərliyinin MSK-da iki nümayəndə ilə təmsil olunmaq təklifini qəbul etməyib

Müsavat parlament rəhbərliyinin MSK-da iki nümayəndə ilə təmsil olunmaq təklifini qəbul etməyib
# 14 dekabr 2006 10:10 (UTC +04:00)
“Müsavat Partiyası parlament rəhbərliyinin Mərkəzi Seçki Komissiyasında iki nümayəndə ilə təmsil olunmaq barədə təklifini qəbul etməyib”. Bu barədə APA-ya “Müsavat” deputat qrupunun üzvü Arzu Səmədbəyli məlumat verib. Onun sözlərinə görə, Milli Məclis hələ ötən ilin dekabrında Müsavata məktub göndərərək MSK-ya partiyadan iki nümayəndə təqdim edilməsini istəyib. Son bir neçə gündə isə parlament rəhbərliyinin onlara dəfələrlə şifahi şəkildə müraciət etdiyini bildirən A. Səmədbəyli Müsavatın istənilən halda hazırkı prinsiplərlə formalaşan MSK-da təmsil olunmayacağını vurğulayıb: “Beynəlxalq təşkilatlar və Azərbaycan müxalifəti MSK-nın paritet əsaslarla formalaşdırılmasını təklif edib və bu mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Əgər parlament MSK-nı Müsavatın təmsilçiliyi olmadan hazırkı prinsiplərlə formalaşdıracaqsa, o zaman həm beynəlxalq, həm də yerli ictimaiyyətin mövqeyini nəzərə almamış olacaq. Bu da hakimiyyətə baha başa gələcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR