Mətbu orqanlar siyasi partiyalarla bir qurumda təmsil olunmaqda tərəddüd edirlər

Mətbu orqanlar siyasi partiyalarla bir qurumda təmsil olunmaqda tərəddüd edirlər
# 25 dekabr 2006 13:58 (UTC +04:00)
“Bu vaxta qədər Söz və Mətbuat Azadlığının Müdafiəsinin Koordinasiya Mərkəzinin bir iclası belə keçirilməyib. Buna səbəb odur ki, Koordinasiya Mərkəzi hələ də tam formalaşmayıb”. Bu fikirləri APA-ya açıqlamasında Koordinasiya Şurasının sədri Mehman Əliyev bildirib. Onun sözlərinə görə, bir sıra səbəblər üzündən şuranın tərkibini tam formalaşdırmaq mümkün olmayıb. Əsas problemin mətbuatla bağlı olduğunu deyən M. Əliyev bəzi KİV rəhbərlərinin şuraya daxil olmaqdan imtina etdiyini vurğulayıb: “Şurada siyasi partiyalar da fəaliyyət göstərirlər və buna görə bəzi KİV-lər quruma daxil olmaqda tərəddüd edirlər. Amma buna baxmayaraq, biz danışıqları davam etdiririk”. Koordinasiya Şurasının öz işini davam etdirib-etdirməyəcəyinə gəldikdə, M. Əliyev bu suala qəti cavab verməyin mümkün olmadığını vurğulayıb.
Koordinasiya Şurasında təmsil olunan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə Şuranın iclaslarının keçirilməməsinin səbəblərinin ona aydın olmadığını deyib. S. Cəlaloğlunun sözlərinə görə, qurumda təmsil olunan siyasi partiyalar bir dəfə Müsavat Partiyasının qərargahında toplaşıblar və bundan sonra bir araya gəlmək mümkün olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR