MTN Akademiyasında Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə bağlı tədbir keçirilib

MTN Akademiyasında Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə bağlı tədbir keçirilib
# 09 may 2007 13:18 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə bağlı bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açıb. Nazir bildirib ki, məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan keçid dövrünün böhranlı vəziyyətlərini geridə qoyub, sürətli iqtisadi inkişaf yoluna qədəm qoyub: “Heydər Əliyev üç ildən artıqdır həyatda olmasa da, Azərbaycan dövlətçiliyini etibarlı əllərə həvalə edib”. MTN Akademiyasının rektoru Ziya Yusifzadə Heydər Əliyevin Azərbaycanda anarxiyaya son qoymasını onun ən böyük xidmətlərindən biri kimi dəyərləndirib. Sonda MTN-in və MTN Akademiyasının bir qrup əməkdaşı təhlükəsizlik orqanlarında göstərdikləri nümunəvi fəaliyyətə görə prezidentin sərəncamına və milli təhlükəsizlik nazirinin əmrinə müvafiq olaraq orden, medal və diplomlarla təltif olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR