Təbrizdə Abbas Lisaninin məhkəməsi başlayıb

Təbrizdə Abbas Lisaninin məhkəməsi başlayıb
# 16 may 2007 15:20 (UTC +04:00)
Bu gün Təbrizdə İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisaninin məhkəməsi başlayıb. Bu barədə APA-ya onun həyat yoldaşı Ruqəyya Lisani məlumat verib. O bildirib ki, prosesdə A. Lisanini vəkil Məhəmmədrza Fəqihi müdafiə edir. Ruqəyya Lisani 3 gündən sonra həyat yoldaşı ilə həbsxanada görüşəcəyini deyib: “Əgər Abbas Lisaniyə məhkəmədə iş kəsilməsə, o, 7 aydan sonra azadlığa çıxacaq”.
Qeyd edək ki, A. Lisani 2006-cı ilin noyabrında tutularaq barəsində cinayət işi qaldırılıb. O, İranın dövlət quruluşuna qarşı fəaliyyətdə və milli ədavətin qızışdırılmasında ittiham edilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR