Deputat: "Zəfəri Ali Baş Komandanın “Dəmir yumruğu”, şəhidlərin qanı, qazilərimizin canı bahasına əldə etdik"

Milli Məclisin deputatı Vüqar İskəndərov

© APA | Milli Məclisin deputatı Vüqar İskəndərov

# 08 noyabr 2021 18:21 (UTC +04:00)

“Bu gün biz Zəfər bayramımızı qeyd edirik. Bu zəfər, qürur günü o gündür ki, 30 ildir həsrətlə bu günü gözləyirdik. Vətən müharibəsi 44 gün çəksə də illərdir ki, prezident İlham Əliyev bu qələbənin təmin olunması üçün böyük səylə çalışırdı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasət və Azərbaycan Ordusunun şücaəti nəticəsində Vətən müharibəsində böyük Zəfər qazandığımızı bildirib: “Hamımıza məlumdur ki, müharibə yalnız döyüş meydanında getmir. Qalib olmaq üçün həm hərbi, həm iqtisadi, həm siyasi və digər sahələrdə söz sahibi olmaq gərəkdir. Biz 44 günlük Vətən müharibəsində gördük ki, illərdir həyata keçirilən düzgün siyasət bizi necə qalib ölkəyə çevirdi. Prezident İlham Əliyev söz verdiyi kimi Qarabağın azad olunması istiqamətində bütün imkanlarını səfərbər etdi. Onun yürütdüyü siyasət nəticəsində Ermənistan müti, Azərbaycan isə qüdrətli və inkişaf etməkdə olan bir ölkəyə çevrildi. Sonda isə 44 günlük Vətən müharibəsi ilə düşməni diz çökdürdü. Ali Baş Komandanın rəhbərliyi ilə Azәrbaycan Ordusunun sentyabrın 27-dә başlatdığı əks-hücum әmәliyyatı nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәnd işğaldan azad edildi. İşğalçı ölkənin siyasi-hərbi rəhbərliyi Azərbaycan Ordusunun və Ali Baş Komandanın “Dəmir yumruğu"nun qarşısında tab gətirə bilməyərək, məğlub olduğunu etiraf etdi".

Deputat xatırladıb ki, Azərbaycan dəfələrlə Ermənistanı BMT Təhlükəsizlik Şurasının işğala son qoyulması və qoşunların zəbt edilmiş ərazilərdən dərhal çıxarılmasına dair qətnamələrinə əməl etməyə çağırıb: "Amma hamıya bəllidir ki, işğalçı ölkə bu qanuni tələblərə məhəl qoymayıb. Nəticədə Azərbaycan öz hərbi gücü ilə həmin qətnamələrin müddəalarını yerinə yetirib və ərazi bütövlüyünü bərpa edib. Bu gün Zəfər gününü qeyd edirik. Ali Baş Komandanın “Dəmir yumruğu”, şəhidlərimizin qanı və qazilərimizin canı bahasına əldə etdiyimiz Zəfər Günümüz mübarək!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR