Emin Hüseynov: “Ağdamda görülən işlər vətəndaşlarımızın öz evlərinə böyük qayıdışını təmin etmək məqsədi daşıyır”

Emin Hüseynov

© APA | Emin Hüseynov

# 20 noyabr 2021 14:05 (UTC +04:00)

“Bu gün Ağdamın işğaldan azad olunmasının ilk ildönümüdür. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi altında bizim igid oğullarımız elə bir tarixi qələbəyə imza atdılar ki, düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, düşmən bu gücün qarşısında tab gətirə bilməyib kopitulyasiya aktına imza atdı”.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, düşmən 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Ağdamı 20 noyabr tarixində bir güllə belə atılmadan Azərbaycan tərəfinə təslim etməyə vadar oldu: “O gündən etibarən Ağdama qovuşduq. Bilirsiz ki, mayın 28-də Prezident Ağdama səfər eləmişdi. Ağdam içtimaiyyəti ilə görüşdə Ağdamın baş planını təqdim və təsdiq etdi. Və o gündən etibarən Ağdamda böyük quruculuq işlərinə başlanılıb. Əslində quruculuq işləri daha əvvəldən başlanılıb. Çünki Ağdam işğaldan azad olunduqdan 3 gün sonra cənab Prezident Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Ağdama səfər etmişdilər. O tarixdən etibarən Ağdamda quruculiq işlərinə start verilib. Olduğumuz meşə zolağı Ağdamda yaradılacaq 4 böyük meşə zolağından ən böyüyüdür. Burda iık ağacı cənab Prezident əkib. Bu gün həmin meşə zolağında bütün ağacları nəzərdə tutulmuş 1200 ağac əkməklə o zolağı tamamlamış olduq. Eyni zamanda, paralel olaraq Eldar şamı ilə yanaşı burda palıd ağacının toxumları da səpildi”. E. Hüseynov bildirib ki, Ağdamda aparılan quruculuq işlərinin artıq ilk görüntüləri var: “Bərdə-Ağdam yolunun icrası layihəsi sürətlə gedir. Eyni zamanda, Ağdamda 2 yarımstansiyanın inşası artıq başa çatıb”.

Onun sözlərinə görə, görülən işlər vətəndaşlarımızın tez bir zamanda öz evlərinə böyük qayıdışını təmin etmək məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR