NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Xavyer Kolomina

© APA | Xavyer Kolomina

# 16 oktyabr 2021 14:22 (UTC +04:00)

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Xavyer Kolomina özü bildirib.

"Növbəti həftə Qafqaza birinci səfərimi səbirsizliklə gözləyirəm. Mən NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi kimi NATO-nun Qafqazla əməkdaşlığını intensivləşdirmək üçün Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcəm", -deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR