Sabir Rüstəmxanlı: “2020-ci ilə qədər Azərbaycanda siyasi partiyalar arasında görüşlərin təşkilatçısı təəssüf ki, xaricilər olub”

Sabir Rüstəmxanlı

© APA | Sabir Rüstəmxanlı

# 21 oktyabr 2021 11:28 (UTC +04:00)

“Cəmiyyətdə ictimai gərginliyin pik həddə çatdığı zaman dialoq meydana çıxır”.

APA-nın məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, bu gün yeni dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək olmaz: “Təəssüf ki, son 30 ildə Azərbaycanda dialoq mühiti yaratmaq yalnız 2020-ci ildə mümkün olub. Ona qədər Azərbaycanda siyasi partiyalar arasında görüşlərin təşkilatçısı təəssüf ki, xaricilər olub. ATƏT-in YAP-ı və digər partiyaları bir araya yığdığını yaxşı xatırlayırıq. Amma bunun nə qədər dialoq arzusuna xidmət etdiyini düşünmək absurddur. Çünki ATƏT-in bir qolu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində səssiz qalırdı. Hakimiyyətdən kənarda olan siyasi vəziyyətin gərginləşməsində maraqlı ola bilər. Amma hakimiyyət bunda maraqlı olmamalıdır. Buna görə də Vətən müharibəsi ərəfəsində Prezident İlham Əliyev siyasi partiyalar arasında dialoq yaratmağa başladı. Əslində, etnik tərkibi mürəkkəb olan Azərbaycanı bir dövlət kimi qoruyan əsas amillərdən biri burada yaşayan insanlar arasında təbii şəkildə yaranan birlikdir. Çox istəyiblər ki, burada yaşayan xalqları bir-birinə qarşı qoysunlar, alınmayıb. Buna görə də bu gün Azərbaycanda hər bir xalq öz etnik kimliyini qoruyaraq, yan-yana, çiyin-çiyinə durmağı bacarır. Gəldiyimiz nəticə göz qabağındadır. Lazım gələndə bu ölkənin hər bir vətəndaşı Vətən uğrunda öz həyatını qurban verə bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR