Səbinə Əliyeva: “Ermənistan tərəfini təcavüzkar əməllərindən əl çəkməyə çağırırıq”

Səbinə Əliyeva

© APA | Səbinə Əliyeva

# 16 noyabr 2021 21:14 (UTC +04:00)

Azərbaycan Respublikasının dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətindəki yüksəklikləri ələ keçirmək məqsədilə Ermənistan hərbi birləşmələri 16 noyabr 2021-ci il tarixdə qəfil hərbi əməliyyata başlayıb. Azərbaycanın döyüş postlarının müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan intensiv atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

APA-nın məlumatına görə bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva açıqlama verib.

Bildirilib ki, beynəlxalq hüquq normalarının, eyni zamanda Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərinin Ermənistan tərəfindən növbəti dəfə qəsdən pozulması, yeni münaqişə ocaqlarının yaranmasına, günahsız insanların qətlə yetirilməsinə və yaralanmasına səbəb olmaqdadır: “Bu kimi təxribatçı hərəkətləri regionda dayanıqlı sülhün bərqərar olmasına, öz doğma ata-baba yurdlarından zorla qovulmuş çoxsaylı məcburi köçkünlərin geri qayıtmalarına ciddi təhdid hesab edir və qarşı tərəfi fundamental insan hüquqlarına hörmətlə yanaşaraq təcavüzkar əməllərindən əl çəkməyə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR