Şuşalılar ilk dəfə doğma şəhərlərindən Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik ediblər - VİDEO

Şuşalılar ilk dəfə doğma şəhərlərindən Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik ediblər - VİDEO
# 26 avqust 2021 10:40 (UTC +04:00)

Daha bir qrup Şuşa sakini avqustun 26-da doğma şəhərini görmək imkanı qazanıb.

APA-nın məlumatına görə, 52 sakinin səfəri Birinci vitse-prezident Mehriban Əliyevanın ad gününə təsadüf edib və bu münasibətlə sakinlər sülh rəmzi olan göyərçinləri səmaya buraxıb, Birinci vitse-prezidentə öz xoş arzularını çatdırıblar.

Xatırladaq ki, 19 avqustdan etibarən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 100-dən çox şəhər sakini öz doğma yurduna səfər edib.

Səfərlərin mütəmadi təşkil olunması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR