Sosial şəbəkələrdə yalan informasiyaların yayılmasının qarşısını almaq üçün tədbirlər görülməlidir.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, əsas məsələ bundan sonrakı mərhələdə necə davranmağımızla bağlıdır: “Artıq virusun yayılması, inkubasiya dövrü geridə qalıb. Azərbaycan xalqı bu təhlükəyə qarşı özünü səfərbər etməyi bacardı”.
Millət vəkili Jalə Əliyeva qeyd edib ki, bu gün bu xəstəliklə mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər dünyanın digər ölkələri içərisində ön sıralara çıxa bilib: “Burada artıq fərdi yanaşma yox, ümumilli yanaşma olmalıdır. Hər kəs bu mübarİzədə öz imkanları ilə kömək etməyi bacarmalıdır. Cəmiyyətin hər bir üzvü bu virusla mübarizədə birləşməyi bacarmalıdır. Bu gün müzakirə etdiyimiz qanun layihələri də bu tədbirlərin tərkib hissəsidir”.
Millət vəkili Elman Nəsirov bildirib ki, bu gün 2001-ci ilin 11 sentyabr hadisələrindən bu yana dünya üçün ən təhlükəli hadisə beynəlxalq terrorizm hesab olunurdusa, artıq belə deyil: “Koronavirusla müharibə vəziyyətindədir. Düşmən çox təhlükəlidir, gözə görünmür, hücumdadır. Hər bir şəxs özü üçün sosial izolyasiya tədbirləri həyata keçirsin”.
Millət vəkili təklif edib ki, mobil telefon operatorları bu günlərdə operativ olsunlar: “Eyni zamanda tibbi ləvazimatların ölkəyə daxil olması üçün vergi və gömrük rüsumlarına güzəştlər tətbiq edilsin”.
Tibbi ləvazimatların gətirilməsi üçün vergi və gömrük rüsumlarına güzəştlərin tətbiq edilməsi təklif olunub
17 mart 2020 13:09 (UTC +04:00)
Daxili siyasət
PA Vətəndaş Qəbulu Mərkəzində mayda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:04
25 aprel 2024
Naxçıvanın Baş naziri işdən azad olunub, yeni Baş nazir təyin edilib
11:50
25 aprel 2024
Əfv Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 300-ü keçib
16:32
24 aprel 2024
Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub
10:15
24 aprel 2024