Gəncədə Aşura günü qeyd olunub - VİDEO

Gəncədə Aşura günü qeyd olunub

© APA | Gəncədə Aşura günü qeyd olunub

# 19 avqust 2021 13:18 (UTC +04:00)

Gəncədə Aşura günü qeyd olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, səhər saatlarından başlayaraq şəhər və ətraf rayonlardan olan sakinlər Gəncə şəhərindəki "İmamzadə" Dini Memarlıq Kompleksinə üz tutublar. Ziyarətgaha gələn insanlar 5-ci imam Məhəmməd Bağırın nəvəsi Şahzadə İbrahimin qəbrini ziyarət ediblər. Ziyarət zamanı pandemiya qaydalarına əməl olunub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Teymur Hacıyev də "İmamzadə" Dini Memarlıq Kompleksini ziyarət ediblər.

Qeyd edək ki, Aşura mərasimi ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsi, FHN əməkdaşları, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR