“Neftçi” cari mövsümdə ilk dəfə turnir cədvəlində birinci pilləyə yüksəlib

“Neftçi” cari mövsümdə ilk dəfə turnir cədvəlində birinci pilləyə yüksəlib
# 22 fevral 2007 16:16 (UTC +04:00)
Bu gün futbol üzrə XV Azərbaycan çempionatında keçirilən beş görüşlə XVI tura yekun vurulub. Hesabat turundan sonra turnir cədvəlində lider dəyişib. “Şəfa” stadionunda “İnter”in qonağı olan “Neftçi” 1:0 hesablı qələbə qazanmaqla, cari mövsümdə ilk dəfə turnir cədvəlinin birinci pilləsinə yüksəlib. Hazırda “Neftçi”, “MKT-Araz” və “Xəzər-Lənkəran” klublarının hər birinin 30 xalı olsa da, “Neftçi” “Xəzər-Lənkəran”ı şəxsi oyunlarda, “MKT-Araz”ı isə topların daha yaxşı fərqinə görə qabaqlayır.

“İnter” “Neftçi” 0:1
Georgi Adamiya, 73.
“Karvan” “Şahdağ” 3:1
Elnur Məmmədov, 3; 9; Mətləb Məmmədov, 54 İlqar Hüseynov, 50.
“Qarabağ” “Gilan” - 3:2
Vaqif Cavadov, 21; Kənan Kərimov, 25; Aslan Kərimov, 60 Vasif Əliyev, 77; Samir Zərgərov, 82.
“Gənclərbirliyi” “Bakı” - 0:1
Samir Musayev, 76.
“Turan” “Olimpik” 0:1
Fabio Luis Ramim, 82.

Klub o q h m t x
1 Neftçi 15 9 3 3 25-10 30
2 Xəzər-Lənkəran 14 9 3 2 24-7 30
3 MKT-Araz 14 9 3 2 14-5 30
4 Bakı 15 8 4 3 13-4 28
5 Karvan 15 8 3 4 23-16 27
6 İnter 14 7 4 3 20-7 25
7 Olimpik 15 7 4 4 16-10 25
8 Turan 15 5 3 7 16-20 18
9 Qarabağ 14 4 5 5 13-15 17
10 Simurq 15 3 5 7 12-19 14
11 Gilan 15 2 2 11 9-30 8
12 Gənclərbirliyi 15 1 3 11 11-33 6
13 Şahdağ 14 0 4 10 7-27 4
Bombardirlər: Zaur Ramazanov (Xəzər-Lənkəran) 10 Yakuba Bamba (Karvan), Xəqani Məmmədov (Olimpik) - 8.
Növbəti turun oyunları martın 17-də və 18-də keçiriləcək. Buna səbəb fevralın 26-da və 27-də, eləcə də, martın 4-də ölkə kubokunun 1/4 final mərhələsinin oyunlarının keçirilməsidir. /APA-Sport/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR