Nəbi Xəzri: “Pulum olanda hamı məni axtarırdı, indi isə bir nəfər də maraqlanan yoxdur”

Nəbi Xəzri: “Pulum olanda hamı məni axtarırdı, indi isə bir nəfər də maraqlanan yoxdur”
# 18 dekabr 2006 13:47 (UTC +04:00)
Bu açıqlamanı APA-ya xalq şairi, hazırda yataq şəraitində müalicə olunan Nəbi Xəzri verib. Bu günlərdə 81 yaşını tamamlayan şair ad günündə heç kimin onu yada salmamağından da şikayətlənib: “Çox təəssüf ki, ad günüm heç kimin yadında deyil. Fikrimcə, nə dostluq, nə də diqqət puldan asılı olmamalıdır. Mən uzun illərdir yataq xəstəsiyəm, ayaq üstə belə dura bilmirəm. Ancaq heç kim maraqlanmır ki, bəlkə onun müalicə olunmasına imkanı çatmır. Bütün müalicəmin xərcini şəxsən özüm ödəyirəm. Nə dövlət, nə bir kimsə mənə yardım etmir. Yardımlar bir yana qalsın, heç səhhətimlə quru dillə də maraqlanmırlar”. Artıq uzun müddətdir ki, yaradıcılıqla məşğul olmayan N. Xəzrinin son illər kitabı da çap olunmur: “Ad günümlə əlaqədar hər hansısa bir kitabım nəşr olunsaydı, sevinərdim. Ancaq gözlədiyim olmadı. Bütün bunların sonunun hara getdiyini bilmirəm”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR