Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının 70 illik yubileyi qeyd olunacaq

Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının 70 illik yubileyi qeyd olunacaq
# 09 yanvar 2007 14:02 (UTC +04:00)
Yanvarın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Bu barədə APA-ya filarmoniyanın mətbuat xidmətinfən məlumat verilib. Konsertdə Türkiyədə yaşayan musiqiçilərin çıxışı Fəxrəddin Kərimovun dirijorluğu ilə baş tutacaq. Yanvarın 23-də isə Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblının 70 illik yubileyi qeyd olunacaq. Yubiley mərasimində ansamblın ifasında yeni rəqslər səslənəcək.Yanvarın 26-da Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Konsertin solisti Rusiyanın tanınmış musiqiçisi Andrey Şibkodur. Proqramda Motsart 21 saylı konserti ifa olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR