Aşıqlar Birliyi Hüseyn Arifin 80 illik yubileyini keçirəcək

Aşıqlar Birliyi Hüseyn Arifin 80 illik yubileyini keçirəcək
# 11 yanvar 2007 14:00 (UTC +04:00)
Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə xalq şairi Hüseyn Arifin 80 illik yubileyi keçiriləcək. Bu barədə APA-ya birliyin sədri Zümrüd Məmmədova məlumat verib. Tədbirin keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunacağını bildirən Z. Məmmədova tədbirin yüksək səviyyədə təşkil olunacağını vurğulayıb: “Nazirlik razılıq verməsə də, sponsor tapıb bu tədbiri mütləq keçirəcəyik. 5 il bundan əvvəl biz onun 75 illik yubileyini keçirmişik. Bu? hər birimizin borcudur. Azərbaycan Aşıqlar Birlyinin yaradılmasında Hüseyn Arifin müstəsna xidmətləri olub. Biz onu unuda bilmərik”. Z. Məmmədova bildirib ki, yaxın aylarda ustad sənətkar Aşıq Mahmudun da konsertinin təşkil olunması nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR