Filarmoniyada məşhur pianoçu Andrey Şibko Azərbaycan Dövlət Simfonik Orkestrinin ilə birgə konsert verəcək

Filarmoniyada məşhur pianoçu Andrey Şibko Azərbaycan Dövlət Simfonik Orkestrinin ilə birgə konsert verəcək
# 22 yanvar 2007 10:35 (UTC +04:00)
Yanvarın 26-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında məşhur pianoçu Andrey Şibkonun Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə konserti keçiriləcək. Filarmoniyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilib ki, konsertdə O. Nikolai, Motsart və List kimi bəstəkarların əsərləri ifa olunacaq.
Qeyd edək ki, A. Şibko “Gənc istedadlar” ümumittifaq müsabiqəsinin laureatı və “D Angelo” beynəlxalq müsabiqəsinin qalibidir. 2000-ci ildə pianoçu “Qeza Anda” beynəlxalq müsabiqəsinin, 2002-ci ildə isə Londonı beynəlxalq müsabiqəsinin laureatı adına layiq görülüb. 1999-cu ildən etibarən A. Şibko Moskva Konservatoriyasında fortopiano kafedrasının müəllimi işləyir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR