AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub
# 29 noyabr 2021 17:06 (UTC +04:00)

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, toplantı dekabrın 2-də baş tutacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə;
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat);
3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi;
4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması;
5. Digər məsələlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR