AVRO-2020: Avtoqolla başlayıb

#
# 00:14
12 iyun 2021

AVRO-2020-nin ilk qolu avtoqol hesabına gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, bu uğursuzluğu Türkiyə millisinin futbolçusu Merih Demiral yaşayıb.

O, İtaliya ilə görüşün 52-ci dəqiqəsində öz qapısına qol vurub. Roma Olimpiya Stadionundakı görüşdə hesabı açan müdafiəçi yığmasını məğlub duruma salıb.

Bu, 1960-cı ildən keçirilən qitə çempionatlarında ilk belə hadisədir. İndiyədək heç vaxt final mərhələsinin ilk qolu avtoqol sayəsində reallaşmayıb.

Qeyd edək ki, çempionatın açılış oyunu hazırda davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR