AVRO-2020: Xorvatiya yenə qələbə qazana bilməyib

<span class="red_color">AVRO-2020: Xorvatiya yenə qələbə qazana bilməyib
# 18 iyun 2021 21:52 (UTC +04:00)

AVRO-2020-də qrup mərhələsinin oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, D qrupunda II tura start verilib.

İlk görüş Qlazqoda baş tutub. Birinci oyununda Şotlandiya üzərində qələbə qazanan Çexiya son dünya çempionatının finalçısı Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirib. Qitə birinciliyinə İngiltərə önündə məğlubiyyətlə başlayan xorvatlar bu dəfə mütləq qələbə qazanmalı idi.

Bərabər səviyyədə keçən birinci hissədə 1 qol vurulub. Patrik Şik özünə qarşı kobudluğa görə təyin olunan penaltini qola çevirib. Bununla AVRO-2020-də qollarının sayını 3-ə yüksəldən 25 yaşlı forvard bombardirlər yarışında birinci pilləyə yüksəlib.

İkinci hissəyə sürətli başlayan xorvatlar tezliklə status-kvonu bərpa ediblər. İvan Perişiçin yaxın məsafədən zərbəsi qarşısında qapıçı aciz qalıb. Zlatko Daliçin yetirmələri qalan dəqiqələrdə nə qədər çalışsa da, qələbə topunu vura bilməyib. Xorvatlar bununla ilk xalını qazandısa, Çexiya xal ehtiyatını 4-ə yüksəldib.

Qeyd edək ki, qrupun İngiltərə - Şotlandiya matçı 23:00-da başlayacaq.

AVRO-2020
II tur, 18 iyun
D qrupu
20:00. Xorvatiya – Çexiya – 1:1
İvan Perişiç, 47 - Patrik Şik, 37
Baş hakim:
Karlos del Serro Qrande (İspaniya)
Qlazqo. “Hempden Park” stadionu

1

Çexiya

2

1

1

0

3-1

4

2

İngiltərə

1

1

0

0

1-0

3

3

Xorvatiya

2

0

1

1

1-2

1

4

Şotlandiya

1

0

0

1

0-2

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR