Azərbaycan boksçusu Avropa birinciliyini gümüş medalla başa vurub

Azərbaycan boksçusu Avropa birinciliyini gümüş medalla başa vurub
# 12 iyul 2021 09:47 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi başa çatıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) yarışı gümüş medalla bitirib.

Ardıcıl olaraq Arseni Oniyenkonu (Ukrayna), Fyodor Kamanini (Estoniya) və Daniel Girleanunu (Rumıniya) məğlub edən həmyerlimiz finalda rusiyalı Boqdan Prima ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə yekunlaşıb. Boksçumuz birinciliyi ikinci yerdə başa vurub.

Qeyd edək ki, yarışda 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçu mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR