Azərbaycan – Lüksemburq oyununun hakimləri bəlli olub

Azərbaycan – Lüksemburq oyununun hakimləri bəlli olub
# 09 noyabr 2021 13:23 (UTC +04:00)

Azərbaycan – Lüksemburq oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin noyabrın 11-dəki qarşılaşmasının təyinatlarını UEFA açıqlayıb.

Bakı Olimpiya Stadionundakı görüşü Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcək. Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki son oyununun baş hakimi Manuel Şuttenqruber olacaq.

Ona həmyerliləri Roland Brandnerlə Robert Steynaxer kömək edəcək. Dördüncü hakim funksiyası Yulian Veynbergerə tapşırılıb.

Harald Lexner VAR hakimi funksiyasını yerinə yetirəcək. Ona Sebastyan Gişamer kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR