Azərbaycan millisi Norveçə uduzub, pley-off ümidini rəsmən itirib

Azərbaycan millisi Norveçə uduzub, pley-off ümidini rəsmən itirib
# 16 noyabr 2021 21:50 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, AVRO-2023-ün seçmə mərhələsində mübarizə aparan Milan Obradoviçin yetirmələri 6-cı matçına çıxıb.

Əvvəlki 5 qarşılaşmada cəmi 1 xal toplayan yığmamız Norveçlə görüşüb. Oyun “Bakcell Arena”da baş tutub. Artıq 4-cü dəqiqədə erkən qol buraxan millimiz oyunda dönüş yarada bilməyib. Fasilədən sonra fərqi artıran qonaqların Bakıdan 3 xalla ayrılmasına İsmayıl Zülfüqarlının qolu da mane olmayıb. Yığmamızın hesabda tarazlıq yaratmağa gücü çatmayıb.

Yığmamız bununla da Avropa çempionatı xəyalı ilə erkən vidalaşıb. Hələ bu görüşədək final mərhələsinə birbaşa vəsiqə şansı qalmayan Obradoviçin komandası pley-off ümidini də itirib.

Qeyd edək ki, qrupumuzda Finlandiya – Estoniya oyunu (1:0) dünən keçirilib. Bu gün isə Avstriya Xorvatiyanı qəbul edəcək.

AVRO-2023-ün seçmə mərhələsi
A qrupu
16 noyabr
20:00. Azərbaycan – Norveç – 1:2
Qollar:
İsmayıl Zülfüqarlı, 80 - Yohan Hove, 4, Osame Sahraoui, 53
Baş hakim: Vassilis Fotias (Yunanıstan)
Bakı. “Bakcell Arena”

1

Xorvatiya

5

5

0

0

14-3

15

2

Norveç

6

5

0

1

18-6

15

3

Avstriya

6

4

0

2

17-6

12

4

Finlandiya

6

3

1

2

9-7

10

5

Azərbaycan

6

0

1

5

3-19

1

6

Estoniya

7

0

0

7

0-20

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR