Azərbaycan Premyer Liqasının yeni mövsümünün nə vaxt başlayacağı bəlli olub

Azərbaycan Premyer Liqasının yeni mövsümünün nə vaxt başlayacağı bəlli olub
# 02 iyun 2021 13:30 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün start vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqası açıqlayıb.

Yeni mövsüm avqustun 14-də start götürəcək. Yarışda 8 komanda dairəvi sistemlə 4 dövrədə mübarizə aparacaq.

Ötən mövsümdə olduğu kimi yenə medallar uğrunda “Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Keşlə”, “Qəbələ” və “Səbail” mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR