Kristian Eriksenin meydana qayıdacağı vaxt müəyyənləşib

Kristian Eriksenin meydana qayıdacağı vaxt müəyyənləşib
# 12 noyabr 2021 16:35 (UTC +04:00)

AVRO-2020-nin oyunu zamanı ürəyi dayanan Kristian Eriksenin karyerasını bərpa edəcəyi vaxt bəlli olub.

Apasport.az saytının məlumatına görə, danimarkalı yarımmüdafiəçi 2022/23 mövsümündə meydanlara qayıtmağı planlaşdırır.

Hazırda vətənində olan Kristian bərpa prosesi keçir. O, 2022-ci ilin əvvəlində yükləmələri artırmaq niyyətindədir.

Yeni mövsümə hazır olacağı gözlənilən yarımmüdafiəçi müqavilə ilə bağlı olduğu “İnter”ə qayıtmayacaq. İtaliyada tələblər sərt olduğundan onun oynamasına icazə verilməyəcək. Bu üzdən Eriksen Niderland və ya Danimarka klublarından birində çıxış edəcək.

Qeyd edək ki, Kristian Danimarka millisinin Finlandiya ilə görüşü zamanı qəflətən huşunu itirərək yerə yıxılıb. Ani ürəyi dayanan futbolçu ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Həmin vaxtdan Eriksen heç bir rəsmi matça çıxmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR