Kriştiano Ronaldo: “Qarşıda çox uğurlu mövsümümüz olacaq”

Kriştiano Ronaldo: “Qarşıda çox uğurlu mövsümümüz olacaq”
# 31 avqust 2021 13:27 (UTC +04:00)

“Mançester Yunayted” ürəyimdə həmişə xüsusi yeri olan klubdur”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldo deyib.

12 ildən sonra İngiltərə klubuna qayıdan hücumçu yenidən Premyer Liqa təmsilçisində oynamasına münasibət bildirib: “Bu komandaya keçdiyimi elan olunmasından sonra aldığı mesajlar məni heyrətləndirdi. “Old Trafford”da dolu stadionun qarşısına çıxmağı, bütün azarkeşləri görməyə səbrim çatmır. Yığmaların oyunlarından sonra komandaya qoşulmaq imkanını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, qarşıda çox uğurlu mövsümümüz olacaq”.

Qeyd edək ki, Ronaldo “Yuventus”dan “Mançester Yunayted”ə 15 milyon avroya keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR