“Qalatasaray” futbolçusunu 10 milyon avroya satır

“Qalatasaray” futbolçusunu 10 milyon avroya satır
# 13 oktyabr 2021 12:22 (UTC +04:00)

“Qalatasaray”ın yollarını ayırmağa hazırlaşdığı ilk futbolçu bəlli olub.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, müdafiəçi Markao “cim-bom”la vidalaşmağa yaxındır.

25 yaşlı braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. Çünki Markaonun meneceri ilə “Palmeyras” rəhbərliyi arasında danışıqlar müsbət nəticələnib. Mərkəz müdafiəçisinin razılığını alan braziliyalılar İstanbul təmsilçisinə 10 milyon avroluq təklif göndərmək qərarına gəlib.

Klublar arasında razılığın əldə olunması gözlənilir. Çünki “Qalatasaray” rəhbərliyi də Markaonu satmaqda maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR