“Qalatasaray”ın prezidenti: “Bütün plan və proyektlərimiz hazırdır”

“Qalatasaray”ın prezidenti: “Bütün plan və proyektlərimiz hazırdır”
# 22 iyun 2021 12:37 (UTC +04:00)

“Qalatasaray” yeni prezidenti Burak Elması təqdim edib.

Apasport.az saytının məlumatına görə, prezidentlik postunda ilk dəfə ictimaiyyət önünə çıxan Elmas fəaliyyətə rəsmən başlayıb.

“Cim-bom”un 38-ci prezidenti hədəflərinin kuboklar qazanmaq olacağını söyləyib: “Seçkilər bitdi, artıq heç kim rəqib deyil. Ötən ilin sentyabrından çalışırıq. Bütün plan və proyektlərimiz hazırdır”.

Qeyd edək ki, “Qalatasaray”a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar seçkilərdə namizədliyini irəli sürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR