Qurban Qurbanov məşqçilik karyerasında 350-ci qələbəsini qazanıb

Qurban Qurbanov məşqçilik karyerasında 350-ci qələbəsini qazanıb
# 01 noyabr 2021 10:44 (UTC +04:00)

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov karyerasında 350-ci qələbəyə sevinib.

Apasport.az xəbər verir ki, bu, Premyer Liqanın X turunun “Neftçi” ilə matçına təsadüf edib.

49 yaşlı mütəxəssisin yetirmələri 4:0 hesabı ilə qalib gəlib. Baş məşqçi karyerasına “Neftçi”də başlayan Qurbanov ilk qələbəsini bu komanda ilə əldə edib. 2006-cı il avqustun 6-da onun komandası “Gənclərbirliyi” ilə çempionatdakı ev görüşündə 6:1 hesablı qələbəyə sevinib.

Qurbanov 15 illik baş məşqçi karyerasında üç komandanı çalışdırıb. O, “Neftçi” ilə 25, “Qarabağ”la 321, Azərbaycan milli komandası ilə 4 qələbənin sevincini yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR