“Real” La Liqanı məhkəməyə verəcək

“Real” La Liqanı məhkəməyə verəcək
# 10 avqust 2021 17:35 (UTC +04:00)

İspaniyanın “Real” klubu La Liqa və CVC fondunu məhkəməyə verəcək.

Apasport.az saytının məlumatına görə, bunu Madrid təmsilçisinin rəhbərliyi açıqlayıb.

Direktorlar şurasının üzvləri bu qərarı yekdilliklə verib. “Real” təkcə mülki deyil, həm də cinayət işi açılmasını istəyir.

Madrid təmsilçisi La Liqanın prezidenti Xavyer Tebas və CVC fondunun prezidenti Xavyer de Xayme və “CVC Capital Partners” fondundan şikayət edib.

Qeyd edək ki, CVC ilə anlaşmanın avqustun 12-də baş tutacaq La Liqanın Assambleyasında təsdiqlənəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR