Şenol Günəş: “Azərbaycanın bu qədər hücuma çıxacağını gözləmirdik”

Şenol Günəş: “Azərbaycanın bu qədər hücuma çıxacağını gözləmirdik”
# 27 may 2021 23:21 (UTC +04:00)

“Yoldaşlıq görüşü idi. Hazırda toplanış dönəmindəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Azərbaycanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.

Təcrübəli mütəxəssis Alanyada baş tutan və komandasının 2:1 hesabı ilə qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Komandaya yeni qoşulan futbolçuları sınamaq istəyirik. Bəzilərini riskə atmaqdan qorxuruq. Futbolçular hələ istirahət ab-havasındadırlar. Amma istənilən halda qələbə qazanmaq hər zaman gözəldir. Əsas odur ki, bir çox oyunçuları bu gün sınadır. Azərbaycan son üç oyuna qədər çətinliklə məğlub olan komandadır. Gücündən yaxşı yararlanan komandadır. Bizi səhvə vadar etdilər, təhlükəli hücumlara çıxdılar. Hesabda geri düşsək də, qələbə qazanmağı bacardıq. Rəqibin gücündən fərqli olaraq, bizim üçün dərs oldu. İtaliya, Uels, İsveçrə ilə görüşlər fərqli olacaq”.

Günəş yığmamızın onlara çətin anlar yaşatdığını deyib: “Rəqib bizə çətin anlar yaşatdı. Qardaş komanda ilə dostluq görüşü keçirdik. Düzdür, iki zədəlimiz oldu. Amma çox ciddi görünmür. Bu cür matçlarda zədələnməmək önəmlidir. 224 məğlubiyyəti olan Türkiyə yığmasının 225-ci qələbəsi xeyirli olsun. Bunu Azərbaycana qarşı əldə etdik. Bunun qardaş ölkə ilə matçda reallaşmasının xatirəsi önəmli olacaq. Rəqibin bu qədər hücuma çıxacağını gözləmirdik. Bu baxmdan hücumlarımızın uğurlu olduğunu deyə bilmərəm”.

Baş məşqçi AVRO-2020-nin yekun 26 nəfərlik heyətini iyunun 1-də açıqlayacaqlarını əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR