A seriyasında bərpa üçün son tarix müəyyənləşib

A seriyasında bərpa üçün son tarix müəyyənləşib
# 28 aprel 2020 14:48 (UTC +04:00)

İtaliya A seriyasının koronavirus pandemiyası üzündən yaranan fasilədən sonrakı bərpası üçün son tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, çempionat iyunun 14-dək başlamalıdır.

A seriyası bu tarixi son bərpa günü təyin edib. Həmin tarixədək yarış bərpa olunmasa, davam etdirilmədən başa çatacaq.

Futbolçulara formalarını bərpa etmək üçün 4 həftə lazım gələcək. Lakin hələlik məşqlərə icazə verilməyib.

Qeyd edək ki, təşkilatçılar mayın 1-də ödənilməli olan telayayımla bağlı son vəsaitin daxil olmamasından da ehtiyatlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR