AFFA "Keşlə"nin paraqvaylı futbolçusunu milliləşdirir

AFFA "Keşlə"nin paraqvaylı futbolçusunu milliləşdirir
# 18 fevral 2020 12:09 (UTC +04:00)

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Azərbaycan yığmasına dəvət alacaq.

Apasport.az saytının məlumatına görə, AFFA Paraqvay əsilli italiyalı yarımmüdafiəçini milliləşdirmək qərarına gəlib.

2013-cü ildən ölkəmizdə çıxış etməsi nəzərə alınaraq, Meza Kollinin FIFA-nın müvafiq qaydalarına əsaslanmaqla AFFA tərəfindən milliləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 29 yaşlı Sezar Meza Kolli “Keşlə” (əvvəlki “İnter”) ilə yanaşı, “Zirə”nin də formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR