“Borussiya” evdə uduzub, “Bavariya” səfərdə qələbə qazanıb

“Borussiya” evdə uduzub, “Bavariya” səfərdə qələbə qazanıb
# 28 noyabr 2020 23:25 (UTC +04:00)

Almaniya Bundesliqasında IX turun daha 6 oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, ortabab “Ştutqart”ın qonağı olan son çempion “Bavariya” 3 xalı 3 qolla əldə edib.

Liderin ən yaxın izləyicilərindən olan Dortmund “Borussiya”sı autsayder “Köln”lə ev matçında məğlub olaraq, üçüncü yerə yuvarlanıb.

Yuxarı pillələrdə qərarlaşan “Leypsiq” autsayderlər zonasında yer alan digər komanda “Arminiya”nı sınağa çəkib. Dortmundluların büdrəməsindən yararlanan “Leypsiq” 2-ci pilləyə yüksəlib.

Biabırçı mövsüm keçirən “Şalke” isə Mönhenqladbaxda yerli “Borussiya”ya böyük hesabla yenilib.

Qeyd edək ki, tura dünən keçirilən “Volfsburq” – “Verder” (5:3) oyunu ilə start verilib. “Bayer” – “Herta” (18:30) və “Maynz” – “Hoffenhaym” (21:00) qarşılamaları noyabrın 29-da olacaq.

Almaniya Bundesliqası
IX tur
28 noyabr
“Auqsburq” - “Frayburq” – 1:1

Varqas, 80 – Qrifo, 64
“Borussiya” D. - “Köln” – 1:2
Azar, 74 – Şkiri, 9, 60
“Leypsiq” – “Arminiya” – 2:1
Angelino, 29, Nkunku, 47 – Klos, 75
“Ştutqart” - “Bavariya” – 1:3
Kulibali, 20 – Koman, 38, Levandovski, 45+1, Kosta, 87
“Union” - “Ayntraxt” – 3:3
Andrix, 2, Kruz, 6 (pen.), 82 – Silva, 27, 37, Dost, 79
“Borussiya” M. - “Şalke” – 4:1
Neuhaus, 15, Vendt, 36, Türam, 52, Volf, 80 – Raman, 20

1

Bavariya

9

7

1

1

31-13

22

2

Leypsiq

9

6

2

1

18-6

20

3

Borussiya D.

9

6

0

3

21-9

18

4

Bayer

8

5

3

0

16-9

18

5

Volfsburq

9

4

5

0

14-8

17

6

Union

9

4

4

1

21-11

16

7

Borussiya M.

9

4

3

2

17-14

15

8

Auqsburq

9

3

3

3

11-12

12

9

Ayntraxt

9

2

6

1

14-16

12

10

Ştutqart

9

2

5

2

17-15

11

11

Verder

9

2

5

2

13-15

11

12

Hoffenhaym

8

2

2

4

14-15

8

13

Herta

8

2

1

5

15-18

7

14

Frayburq

9

1

4

4

10-20

7

15

Köln

9

1

3

5

10-15

6

16

Maynz

8

1

1

6

10-21

4

17

Arminiya

9

1

1

7

6-19

4

18

Şalke

9

0

3

6

6-28

3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR