Dörd ildən sonra "Arsenal"da bir oyundakı qolların hamısını ingiltərəli futbolçular vurub

Dörd ildən sonra "Arsenal"da bir oyundakı qolların hamısını ingiltərəli futbolçular vurub
# 26 iyun 2020 00:08 (UTC +04:00)

İngiltərə Premyer Liqasının XXXI turunda "Sauthempton"la səfər oyunu "Arsenal" üçün əlamətdar alınıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən yaranmış fasilədən sonra ilk qələbəsini qazanan "topçular"da (2:0) hər iki qola yerli futbolçular imza atıb.

Əvvəlcə 20-ci dəqiqədə Eduard Nketia hesabı açıb, 87-ci dəqiqədə isə Jozef Uillok qarşılaşmada son nöqtəni qoyub. Bununla "Arsenal"da 4 ildən sonra ilk dəfə bir oyundakı qolların hamısını ingiltərəli futbolçular vurub. Axırıncı dəfə 2016-cı ilin avqustunda "Liverpul"la (3:4) matçda "kanonirlər"in heyətində Teo Uolkott, Aleks Oksleyd-Çemberleyn və Kalum Çembers fərqlənib.

London klubunun hücumçusu Pyerr-Emerik Obameyanq isə komandanın heyətində 100-cü oyununu keçirib.

Qeyd edək ki, "Arsenal" hazırda 43 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR