İngiltərədə 6 klub fəaliyyətini dayandıra bilər

İngiltərədə 6 klub fəaliyyətini dayandıra bilər
# 14 oktyabr 2020 14:48 (UTC +04:00)

İngiltərə Çempionşipinin 6 klubu fəaliyyətini dayandıra bilər.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən maliyyə problemləri ilə üzləşən klublara dəstək göstərilməsə, onlar tarixin yaddaşına köçəcək.

Klublardan səkkizi artıq əməkdaşları arasında ixtisarlar aparmağa başladığını bəyan edib. Belə yeniliyin əsasını isə ölkənin iki aparıcı klubu – “Liverpul” və “Mançester Yunayted” qoyub.

Aşağı dəstə klublarının xilası üçün Premyer Liqa təmsilçilərinin sayının azaldılması, Liqa kuboku və Superkubokun ləğvi təklif edilib. Bu yolla aşağı liqa klublarına əlavə vəsait ayırmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR