İtaliya A seriyasında mövsümün ən yaxşı futbolçuları məlum olub

#
# 17:54
4 avqust 2020

İtaliya A seriyasında mövsümün ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az saytının məlumatına görə, mükafata “Yuventus”un hücumçusu Paulo Dibala yiyələnib.

2019/20 mövsümünün ən yaxşı qapıçısı adına onun komanda yoldaşı Voytseh Şensnı layiq görülüb. Stefan De Vrey (“İnter”) ən yaxşı müdafiəçi, Alexandro Qomes (“Atalanta”) ən yaxşı yarımmüdafiəçi seçilib. Çempionatın bombardiri olan Çiro İmmobile (“Latsio”) ən yaxşı hücumçu kimi mükafat alacaq.

Qeyd edək ki, ən yaxşı gənc futbolçu nominasiyasında “Yuventus”a məxsus olub, icarə əsasında “Parma”da oynayan Deyan Kuluşevski fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR