Koronavirus səbəbindən avrokubokda daha bir oyun baş tutmayıb

Koronavirus səbəbindən avrokubokda daha bir oyun baş tutmayıb
# 18 avqust 2020 21:14 (UTC +04:00)

Avropa Liqasının 2020-21 mövsümünün ilk mərhələsi çərçivəsində keçirilməli olan “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) oyunu baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Qarşılaşmadan əvvəl qonaq komandanın 8 futbolçusunun koronavirusa yoluxması faktı aşkarlanıb. Bu səbəbdən oyun keçirilməyib.

Qeyd edək ki, bu, avrokubokların yeni mövsümündə koronavirus səbəbindən baş tutmayan ikinci oyundur. Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Drita” (Kosovo) görüşü ikincilərin futbolçularının koronavirusa yoluxması səbəbindən keçirilməyib, kluba texniki məğlubiyyət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR