“Makkabi”nin məşqçisi: “Ola bilər ki, “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərmədik”

“Makkabi”nin məşqçisi: “Ola bilər ki, “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərmədik”
# 23 oktyabr 2020 01:31 (UTC +04:00)

“Yunanıstanda çalışdığım vaxtdan belə təcrübəm var”.

Apasport.az saytının məlumatına görə, bunu Təl-Əviv “Makkabi”sinin məşqçisi Makis Anqrlinas deyib.

Baş məşqçi Giorgios Donis cəzalı olduğu üçün komandaya texniki zonadan rəhbərlik edən mütəxəssis Avropa Liqasının “Qarabağ”la görüşündən sonra mətbuat konfransına qatılıb. Belə təcrübəsinin olduğunu qeyd edən çalışdırıcı 1:0 hesablı qələbəni şərh edib: “Bilirdik ki, “Qarabağ” ciddi komandadır. Onlara qarşı kompakt və taktiki cəhətdən düzgün oynamalıydıq. Həmçinin əldə etdiyimiz hər imkandan yararlanmalı idik. Ola bilər ki, ən yaxşı oyunumuzu göstərmədik. Lakin nəticə vacib idi. Çox şey etdik. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Videoanaliz üzərində də çox işlədik. Futbolçularımızın yaxşı mentalitetə malik olduğunu bilirdik. Onlar meydanda yaxşı çalışdılar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR