Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsində meydana çıxacaq.
Cari mövsümə Çempionlar Liqasında başlayan Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırdıqdan sonra Avropa Liqasında ilk sınağına çıxacaq. İlk üç mərhələnin oyunlarında ev sahibi olan “Qarabağ” mövsümün ilk səfər sınağında qüvvəsini sınayacaq.
Ağdamlılar Çempionlar Liqasını daha erkən tərk edən “Legiya” ilə üz-üzə gələcəklər. Çempionlar yolu çərçivəsindəki cütün taleyini azarkeşsiz keçiriləcək bir qarşılaşma həll edəcək. Varşavadakı matçda qrup mərhələsinə vəsiqənin sahibi bəlli olacaq.
Buna qədər ardıcıl 6 dəfə qrup mərhələsi həyəcanı yaşayan “Qarabağ” seriyasını davam etdirmək üçün qalib gəlməlidir. Bu müddətdə bir dəfə Çempionlar Liqasında, beş dəfə Avropa Liqasında qrupa düşən ağdamlılar yenə əsas raunda çıxmağa köklənib.
İndiyədək Polşa təmsilçiləri “Visla” və “Pyast”a qarşı uğurla oynamış Qurban Qurbanovun yetirmələri yenə bu ölkə klubunu mübarizədən kənarlaşdırmalıdır. Azərbaycan komandalarının ən çox qarşılaşdığı ölkənin təmsilçiləri ilə yubiley – 25-ci duel Ordu stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, matçın qalibinin qrup mərhələsindəki rəqibləri oktyabrın 2-də keçiriləcək püşkatmada bəlli olacaq.
Avropa Liqası
Pley-off mərhələsi
1 oktyabr
22:00. “Legiya” (Polşa) – “Qarabağ”
Hakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)
Varşava. Ordu stadionu
"Qarabağ" Avropa Liqasında Polşanın "Legiya" klubu ilə qarşılaşacaq
01 oktyabr 2020 00:00 (UTC +04:00)
Futbol
Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək
17:04
25 aprel 2024
“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub
15:53
25 aprel 2024
"Qarabağ" ölkə kubokunun finalında
21:53
24 aprel 2024
Fransa klubu Zubiri transfer etmək istəyir
16:30
24 aprel 2024