"Qarabağ"ın Çempionlar Liqasında növbəti matçının vaxtı və məkanı açıqlanıb

"Qarabağ"ın Çempionlar Liqasında növbəti matçının vaxtı və məkanı açıqlanıb
# 19 avqust 2020 14:27 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyununun tarixi və məkanı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Avqustun 26-da baş tutacaq görüş I təsnifat mərhələsində olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 20:00-da start götürəcək matçda Azərbaycan çempionunun rəqibi bu gün keçiriləcək “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi olacaq.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov II təsnifat mərhələsindəki görüşün “Azersun Arena”da baş tutması üçün UEFA-ya müraciət etdiklərini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR