Rakitiç “Atletiko” ilə anlaşdı

Rakitiç “Atletiko” ilə anlaşdı
# 04 mart 2020 10:22 (UTC +04:00)

İspaniyanın “Barselona” klubunun futbolçusu İvan Rakitiç “Atletiko”ya keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi mövsüm başa çatdıqdan sonra Madrid təmsilçisinə keçə bilər.

31 yaşlı futbolçu ilə “Atletiko” arasında bununla bağlı anlaşma əldə olunub. La Liqada oynamağa davam etmək istəyində olan Rakitiç klub nümayəndələri ilə görüş zamanı keçidə razılıq verib.

Qeyd edək ki, İvanın “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR