UEFA “Atalanta” klubuna Çempionlar Liqası oyunlarını öz meydanında keçirməyə icazə verib

UEFA “Atalanta” klubuna Çempionlar Liqası oyunlarını öz meydanında keçirməyə icazə verib
# 09 sentyabr 2020 15:59 (UTC +04:00)

İtaliyanın “Atalanta” klubu Çempionlar Liqasının ev oyunlarını öz stadionunda keçirəcək.

Apasport.az saytının məlumatına görə, bununla bağlı qərarı UEFA verib.

Qurumun nümayəndələri Berqamodakı stadionda apardığı təftişdən sonra arenadan razı qalıb. Bu səbəbdən də “Atalanta”ya doğma meydanda oynamağa icazə verilib. Onlar komandanın “Atleti Adzurri dİtaliya”da çıxışında problem görməyib.

Qeyd edək ki, “Atalanta” bunadək Çempionlar Liqası oyunlarını Milanda keçirirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR