UEFA PFL-ə 34 gün vaxt verib

UEFA PFL-ə 34 gün vaxt verib
# 23 aprel 2020 15:54 (UTC +04:00)

UEFA quruma üzv olan milli assosiasiyaların qarşısına tələb qoyub.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bütün təşkilatlar koronavirus pandemiyası üzündən dayandırılan mövsümün başa çatdırılması barədə plan tərtib etməlidir.

UEFA bu planların mayın 27-dək quruma təqdim olunmasını istəyir. Bildirilir ki, assosiasiya ölkələrin qarşısına yarışları avqustun 3-dək yekunlaşdırmaq tələbi də qoyub.

Bu isə o deməkdir ki, Azərbaycan Premyer Liqasının təşkilatçısı olan PFL ölkə futbolunun əsas qurumu AFFA ilə birlikdə müvafiq plan hazırlamalıdır. Bu sənədin UEFA-ya çatdırılması üçün ölkəmizin 34 gün vaxtı qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR