UEFA qaydalara yenidən baxmaq üçün FİFA-ya müraciət edib

UEFA qaydalara yenidən baxmaq üçün FİFA-ya müraciət edib
# 05 noyabr 2020 16:41 (UTC +04:00)

UEFA əllə oyun qaydalarına yenidən baxmaq üçün FİFA-ya müraciət edib.

Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumunun prezidenti Aleksander Çeferinin göndərdiyi müraciətdə zəruri dəyişikliyin edilməsi xahiş olunur.

Bu, həm hakimlərin işini asanlaşdırmalı, həm də oyunçuların ədalətsiz cəzalanmasının qarşısını almalıdır: “Əllə oyunun qayda pozuntusu olmasını dəqiq müəyyənləşdirmək cəhdi ədalətsiz qərarlara yol açdı. Bu da futbol ictimaiyyəti tərəfindən üzüntü və narahatçılıqla qarşılandı. Oyunun ruhu həmişə saxlanmalıdır. Hesab edirəm ki, qaydaların əvvəlki variantına mümkün əlavələrlə qayıtmağı nəzərdən keçirmək olar. Həmin qaydalarda əllə oyundan sonra vurulan qol hesaba alınmırdı. Tez-tez top təsadüfən ələ dəyir. Bu da qaçılmazdır. Ona görə də belə hallarda cəza olmamalıdır ki, oyunun vaxtı da dayandırılmasın. Bəzən isə görüşün nəticəsinə də bu amil təsir edir. Verilən qərarların heç də həmişə hədəfə çatmağa yetərli olmadığını etiraf etmək utandırıcı deyil. Buna görə də onlar yenidən baxılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR