Yulian Naqelsmanın əvəzləyicisi bəlli olub

Yulian Naqelsmanın əvəzləyicisi bəlli olub
# 29 aprel 2021 12:41 (UTC +04:00)

Almaniyanın “Leypsiq” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Bundesliqa klubunun mətbuat xidməti açıqlayıb.

Növbəti mövsümdən “Bavariya”nı çalışdıracaq Yulian Naqelsmanı Cessi Marş əvəzləyəcək. Hazırda Avstriya “Zalsburq”unu çalışdıran 47 yaşlı mütəxəssis Leypsiqin eyniadlı təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Naqelsmanla 5 illik müqavilə bağlayan “Bavariya” bunun üçün “Leypsiq”ə 25 milyon avro ödəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR