Azərbaycanı avrokuboklarda təmsil edəcək klublardan üçü bəlli olub

Azərbaycanı avrokuboklarda təmsil edəcək klublardan üçü bəlli olub
# 20 may 2021 00:06 (UTC +04:00)

Azərbaycanı avrokubokların 2021/22 mövsümündə təmsil edəcək klublardan üçü dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt”ın ardından “Neftçi” və “Qarabağ”ın da hansı turnirdə oynayacağı müəyyənləşib.

Premyer Liqanın son turunda ağdamlılara 1:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi 8 ildən sonra Çempionlar Liqasında mübarizə aparacaq. Bakılılar I təsnifat mərhələsindən yarışa qatılacaq.

“Qarabağ” isə ardıcıl 7 il Çempionlar Liqasında mübarizəyə başladıqdan sonra bu dəfə yeni turnirdə özünü sınayacaq. Ağdamlılar 3-cü dərəcəli turnir olan Konfrans Liqasında çıxış edəcək. Təmsilçimiz yarışa 2-ci təsnifat mərhələsindən başlayacaq. Daha öncə bu hüquqa yiyələnən “Sumqayıt” da eyni raundda gücünü yoxlayacaq.

Bu turnirdə eyni mərhələdə oynayacaq son təmsilçimiz mayın 24-də bəlli olacaq. Azərbaycan kubokunun finalının nəticəsindən asılı olaraq, “Keşlə” və ya “Zirə” qitə səhnəsinə çıxacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi - “Neftçi”

Konfrans Liqası
II təsnifat mərhələsi – “Qarabağ”, “Sumqayıt”

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR