Əmir Ağayev Azərbaycan millisinə çağırılıb

Əmir Ağayev Azərbaycan millisinə çağırılıb
# 22 avqust 2020 10:33 (UTC +04:00)

Yay fasiləsində "Sumqayıt"dan "Atromitos"a keçən Əmir Ağayev Azərbaycan millisinə çağırılıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Yunanıstan mətbuatı yayıb.

Bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi Afina klubu ilə müqavilə imzaladıqdan bir neçə gün sonra Azərbaycan yığmasından dəvət alıb. AFFA tərəfindən bununla bağlı "Atromitos"a məktub daxil olub. Məktubda bildirilir ki, Ağayev milli komandanın 31 avqust - 8 sentyabr tarixlərindəki təlim-məşq toplanışında düşərgədə olmalıdır.

İsraildə anadan olmasına baxmayaraq, valideynləri Azərbaycan əsilli olan Ağayev Millətlər Liqasının qrup mərhələsində Lüksemburq və Monteneqro ilə oyunlarda iştirak edə bilər. Məhz bu qarşılaşmalardan sonra futbolçu Yunanıstana qayıdaraq, Super Liqa təmsilçisinə qoşulacaq.

Qeyd edək ki, C Liqasının 1-ci qrupunda yer alan yığmamız sentyabrın 5-də Lüksemburqla Bakıda, 8-də isə Kiprlə Nikosiyada qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR